Türkiyədə türk-erməni münasibətlərinin keçmişinə dair beynəlxalq simpozium keçirilir

Türkiyədə türk-erməni münasibətlərinin keçmişinə dair beynəlxalq simpozium keçirilir
# 13 may 2016 13:12 (UTC +04:00)

Bitlis. Mayis Əlizadə - APA. Türkiyənin Bitlis şəhərində türk-erməni münasibətlərinin keçmişinə dair beynəlxalq simpozium keçirilir.

Bu barədə APA-nın Türkiyə bürosuna Kayseri şəhərindəki Ərciyəz Universitetinin dosenti, tanınmış alim Qafar Çaxmaqlı məlumat verib. Ankaradakı Atatürk Araşdırmalar Mərkəzi və Bitlis şəhərindəki Ərən Universitetinin birgə təşkil etdiyi “19-cu əsrdən günümüzə türk-erməni əlaqələrinin regional siyasətlərə təsiri” mövzusunda beynəlxalq simpoziumda Azərbaycanı bu sahənin tanınmış mütəxəssisləri olan Kərim Şükürov, İbrahim Kazımbəyli, Ziyad Əmrah, Solmaz Tohidi, Murad Əsədi və Fatma Dursunova kimi alimlər təmsil edirlər.

Qafar Çaxmaqlı deyib ki, belə toplantıların Türkiyənin Şərq və Cənubi-Şərq bölgələrinin ali məktəblərində keçirilməsinin vacibdir. 3 günlük simpoziumda Qafar Çaxmaqlı “Ermənicə mətbuat orqanlarında Atatürkə hücumlar və onun səbəbləri” mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Ərən Universiteti Bitlis mənşəli iş adamlarının sahibi olduğu “Ərən holdinq” tərəfindən qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR