Zahid Oruc: “Bağçaların Bakı şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var?”

Zahid Oruc: “Bağçaların Bakı şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var?”
# 17 may 2016 11:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bağçaların Bakı şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var? Bağçada soskaya göz dikib, bunu qazanc yerinə çevirənlər bu addımlarını gələcəkdə nəyə hesabladıqlarını bilirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Elm haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirə zamanı millət vəkili Zahid Oruc bildirib.


Azərbaycanda alimlərin sayının 10 min nəfərə yaxın olduğunu, hər 100 min nəfərə düşən göstəriciyə görə Azərbaycanın Ermənistandan geri qaldığını söyləyən Z. Oruc deyib ki, alimin maaşı əsas kriteriya olmalıdır: “Elə universitetlər var ki, onların dövlət sifarişində yer alması anlaşılmazdır. Anti-reklam olmaması üçün onların adını çəkmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR