İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb

İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb
# 15 iyul 2016 08:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 67,1 mln. ton yük, 805,9 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir.

Sərnişinlərin 96,1%-i və ya 774 milyon 469 min nəfəri avtobus, 3,9%-i və ya 31 milyon 431 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR