SOCAR: OGPC layihəsi çərçivəsində aktiv işlər dayandırılıb

SOCAR: OGPC layihəsi çərçivəsində aktiv işlər dayandırılıb
# 11 may 2016 13:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Təqribən 1 ildir ki, Neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) reallaşdırılması ilə bağlı aktiv işlər dayandırılıb".

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

"Təqribən 1 ildir ki, aktiv işlər dayandırılıb. Aktiv işlər dedikdə, mən hansısa prosedurların, böyük pulların xərclənməsini və bu tip işlərin aparılmasını nəzərdə tuturam. Aktiv işlərin dayandırılmasına səbəb investor axtarışının davam etdirilməsidir. Biz birgə müəssisənin yaradılması üçün partnyor axtarırıq", - deyə T. Qəhrəmanov bildirib.

Bununla yanaşı, vitse-prezident qeyd edib ki, layihə çərçivəsində Yaponiyanın "Mitsui" və Çinin HQC şirkətləri ilə danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR