Rusiyada fərdi evdə yanğın zamanı ölənlərin sayı 9 nəfərə çatıb

Rusiyada fərdi evdə yanğın zamanı ölənlərin sayı 9 nəfərə çatıb
# 09 may 2016 07:43 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Suxoy Loq şəhərində fərdi evdə baş verən yanğın zamanı 4-ü uşaq olmaqla, 9 nəfər ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə idarəsi məlumat yayıb.

Faktla bağlı cinayət işi açılıb. Yanğının səbəbi ilə bağlı ilkin versiya olaraq ehtiyatsızlıq qeyd edilir. Cəsədlərin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, ilkin məlumatlarda yanğının söndürüldükdən sonra 7 nəfərin cəsədinin aşkarlandığı bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR