Salyan sakini bıçaqlanıb

Salyan sakini bıçaqlanıb
# 06 may 2016 10:58 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 2.00 radələrində Salyan şəhəri T.Bağırov küçəsində qeydə alınıb. Sevinc adlı Salyan sakini, Biləsuvar rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Samir Ziyafət oğlunu bıçaqlayıb. Kürək və ürək nahiyəsindən 3 bıçaq zərbəsi alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR