Sənaye parklarının rezidentləri üçün gömrük və vergi güzəştləri müəyyənləşdirilib

Sənaye parklarının rezidentləri üçün gömrük və vergi güzəştləri müəyyənləşdirilib
# 06 may 2016 11:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin plenar iclasında "Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi barədə" və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri müzakirəyə çıxarılıb.


APA-nın məlumatına görə, "Gömrük tarifi haqqında" qanununa dəyişiklik sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalının 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilməsi ilə bağlıdır.

Vergi Məcəlləsinə dəyişiklik sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalının 2016-cı il mayın 1-dən 5 il müddətinə vergi ödəməkdən azad edilməsini, sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı 2016-cı il mayın 1-dən 5 il müddətinə verginin sıfır dərəcəsi ilə tutulmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR