“Qırmızı bağ” filmi Avrasiya Beynəlxalq Film Festivalında iştirak edəcək

“Qırmızı bağ” filmi Avrasiya Beynəlxalq Film Festivalında iştirak edəcək
# 14 sentyabr 2016 11:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival 24-30 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli də iştirak edəcək.

Film vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatı haqdadır.

Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”). Baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR