BMT QAK Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağdama səfər ediblər

BMT QAK Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağdama səfər ediblər
# 06 may 2016 12:55 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağdama səfər ediblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, heyətə nümayəndəliyin əməkdaşı Aleksandr Novikau rəhbərlik edir.

Səfərin məqsədi yerli hakimiyyət orqanlarının təmsilçiləri ilə görüşmək və təmas xəttində son hadisələr üzündən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə məlumat əldə etməkdir.

Nümayəndə heyətinin üzvləri ilk olaraq Ağdam rayonunun icra başçısı Raqub Məmmədovla görüşüblər. Sonra onlar erməni zorakılığı nəticəsində ziyan çəkmiş məcburi köçkün ailələrinə baş çəkiblər.

Nümayəndə heyətinin Bərdə, Goranboy və Tərtər rayonlarına da səfəri gözlənilir. Səfər zamanı Fövqəladə Hallar Nazirliyinin, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin, Müdafiə Nazirliyinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin yerli nümayəndəliyi ilə görüşləri nəzərdə tutulub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR