Bakıda "Volkswagen” yanıb

Bakıda "Volkswagen” yanıb
# 17 may 2016 06:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Volkswagen” markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA-nın Fövqəladə Hallar Hazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sabunçu rayonunda isə vətəndaşa məxsus "KamAZ” markalı yük avtomobilinin banına yığılmış 6,5 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 05:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR