Lətif Hüseynov: “Ermənistanın törətdiyi cinayətlərlə bağlı Cinayət Məcəlləmizə müvafiq maddələr əlavə olunmalıdır”

Lətif Hüseynov: “Ermənistanın törətdiyi cinayətlərlə bağlı Cinayət Məcəlləmizə müvafiq maddələr əlavə olunmalıdır”
# 13 may 2016 12:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Cəbhədə ermənilərin hücumu zamanı zərər çəkən mülki şəxslərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətlər edilməlidir. Bu, vacibdir. Avropa Məhkəməsi “Çıraqov Ermənistana qarşı” işi üzrə çıxardığı qərarda Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi öz əksini tapıb”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümyaəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov isə Ermənistanın təcavüzü nəticəsində törədilən cinayətlərlə bağlı Cinayət Məcəlləsində müvafiq maddələrin olmadığını nəzərə çatdırıb: “Bu cinayətlər beynəlxalq cinayətlərdir və Cinayət Məcəlləmizə bununla bağlı maddələr əlavə edilməlidir. Bütün zərər çəkən şəxslər Avropa Məhkəməsinə müraciət etməlidirlər. Digər tərəfdən, Avropa Kovensiyasına görə ölən şəxslər üzərində təhqiramiz hərəkətlərə yol vermək olmaz. Buna görə də həmin şəxslərin yaxın qohumları Avropa Məhkəməsinə müraciət etməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR