Tehranda Azərbaycan və İran mərkəzi banklarının sədrləri arasında görüş keçirilib

Tehranda Azərbaycan və İran mərkəzi banklarının sədrləri arasında görüş keçirilib
# 17 may 2016 00:26 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. Mayın 16-da Tehranda Azərbaycan və İran mərkəzi banklarının sədrləri arasında görüş keçirilib


APA-nın iran bürosunun məlumatına görə, söhbət zamanı İran mərkəzi bankının sədri Vəliyullah Seyf broker əməliyyatlarının həyata keçirilməsi üçün təklif edib ki, Azərbaycan və İran bir neçə bank təqdim etsin və həmin banklar qarşılıqlı nümayəndəliklər açmaq imkanına malik olsunlar.

İran Mərkəzi Bankının sədri Azərbaycan və İran arasında fəaliyyət göstərəcək banklar vasitəsi ilə müştərək məsələlər haqqında daha çox razılıqların əldə olunmasını istəyib: “İki ölkənin ticarət əlaqələrinin asanlaşdırılması üçün lazımdır ki, hər iki ölkənin Mərkəzi Banklarında müştərək hesablar açılsın, ixracat və idxalat və digər ticari mübadilələr bu hesablarda mərkəzləşdirilsin və vaxtlı-vaxtında nağdlaşdırılsın”. V.Seyf həmçinin bank nəzarəti məsələlərində texniki təcrübə mübadiləsinin aparılmasını da təklif edib.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İrana səfərindən məmnunluğunu dilə gətirərək deyib: “Müstəqil bankın yaradılması təklifini müsbət addım kimi dəyərləndiririk. Səfərdə məqsədimiz iqtisadi və bank sahəsində əməkdaşlıqların artırılması və Azərbaycan banklarının İranda filiallarının açılmasını təmin etməkdir. Azərbaycan və İran Mərkəzi Bankları arasında texniki əməkdaşlıqları alqışlayırıq. Təcrübə mübadiləsi ilə müsbət nəticələr əldə edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR