Bakıda dörd gün əvvəl törədilən qətlin üstü açılıb

Bakıda dörd gün əvvəl törədilən qətlin üstü açılıb
# 27 aprel 2016 11:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 23-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulublar. Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR