Diyarbəkirdə hərbçilərə hücüm olub, 1 nəfər ölüb, 26 nəfər yaralanıb - YENİLƏNİB

Diyarbəkirdə hərbçilərə hücüm olub, 1 nəfər ölüb, 26 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 02 may 2016 00:19 (UTC +04:00)

Bakı-APA. Diyarbəkir əyalətinin Diclə rayonunda törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 26 nəfər yaralanıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, aralarında mülkü vətəndaşların də olduğu yaralılar helikopter və təcili yardım maşınları ilə Diyarbakır Hərbi Hospitalına göndərilib..

Son məlumata əsasən, yaralılardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.

***

00:39


Bakı-APA. Diyarbəkir əyalətinin Diclə rayonunda partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident jandarm binası yaxınlığında qeydə alınıb.

Partlayışın PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 3-dən 10-dək hərbçi yaralanıb.

Qeyd edək ki, mayın 1-də Türkiyənin Gaziantep şəhərində Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR