Ombudsman nümayəndələri Şəkidə polis şöbəsinin müvəqqəti saxlama yerinə baş çəkiblər

Ombudsman nümayəndələri Şəkidə polis şöbəsinin müvəqqəti saxlama yerinə baş çəkiblər
# 20 aprel 2016 15:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin iştirakı ilə Şəki Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, onların saxlanma şəraitinə aid olan sənədlər, habelə rəftar məsələləri araşdırılıb, MSY-nin bütün kameralarına baxış keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.

MSY-də saxlanılan, inzibati qaydada həbs olunmuş, habelə cinayət prosessual qanunvericiliyə uyğun olaraq tutulmuş və həbs olunmuş şəxslər Müvəkkil tərəfindən fərdi qaydada qəbul edilib, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.

Yekunda adı çəkilən polis şöbəsinin rəhbərliyinə milli qanunvericiliyə və beynəlxalq standartlara, habelə müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına uyğun şəkildə müəyyən edilib nöqsanların aradan qaldırılması, saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR