“Nikoil Bank” nizamnamə kapitalını 60 mln. manatadək artırır

“Nikoil Bank” nizamnamə kapitalını 60 mln. manatadək artırır
# 22 avqust 2016 08:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. "Nikoyl" İnvestisiya Kommersiya Bankı ASC-nin Müşahidə Şurasının Moskvada növbəti iclası keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iclasda əsas müzakirə mövzusu bankın nizamnamə kapitalının artırılması olub. Müşahidə Şurası tərəfindən səhmdarların ümumi yığıncağına bankın nizamnamə kapitalının 60 mln. manatadək artırılması tövsiyə edilib.

Bankın səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası cari ilin avqustun sonunadək keçirilməsi nəzərdə tutulub.

Bu gün “Nikoil Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR