Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 20 may 2016 10:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mayın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 593 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 139 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 322 m3/s təşkil edərək ongünlük normanın 159 faizinə bərabər olub.

Mayın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Salyanda 18, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma, Bankədə isə 12 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2015-ci il mayın 20-də 460 sm), Salyanda 190 sm (2015-ci il mayın 20-də 312 sm), Bankədə 189 sm (2015-ci il mayın 20-də 237 sm), Araz çayının Novruzlu məntəqəsində isə 56 sm (2015-ci il mayın 20-də 195 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR