Sabirabadda narkotik bitki becərən şəxslər tutulub

Sabirabadda narkotik bitki becərən şəxslər tutulub
# 15 iyul 2016 16:50 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkiləri əkən 2 nəfər saxlanılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad RPŞ-nin keçirdiyi “Xaşxaş 2016” tədbirlər planı çərçivəsində rayonun Məmişlər kəndi ərazisində icarəyə götürülmüş meşə zolağının yaxınlığında yerləşən torpaq sahəsində aqrotexniki qaydada qulluq göstərilərək becərilən 217 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkən, rayonunun Kürkəndi kənd sakinləri, 1977-ci il təvəllüdlü Zülfüqarov Mehman Saday oğlu və 1977-ci il təvəllüdlü Ağayev Natiq Ağəli oğlu şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR