Azərbaycan prezidenti Azərbaycan Respublikası Veteranlar Təşkilatına 500 min manat ayırıb

Azərbaycan  prezidenti Azərbaycan Respublikası Veteranlar Təşkilatına 500 min manat ayırıb
# 09 may 2016 10:58 (UTC +04:00)

Bakı-APA Azərbaycan prezidenti İlham Əliyev müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, Azərbaycanda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı Azərbaycan Respublikası Veteranlar Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Veteranlar Təşkilatına 500 min manat ayrılsın.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR