Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir

Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir
# 18 may 2016 09:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Bakıda II Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilir.

APA-Economics” xəbər verir ki, forumda hökumət üzvləri, Avropa İttifaqının Bakı ofisinin nümayəndələri, 200-ə yaxın şirkətin nümayəndəsi iştirak edir.

İlk olaraq tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev salamlama nitqi ilə çıxış edib. H. Paşayev qeyd edib ki, bu kimi biznes forumların təşkil olunması Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafının göstəricisidir.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr sürətlə inkişaf edir. Onun sözlərinə görə, keçirilən forum çərçivəsində konkret nəticələr əldə olunacaq. Bundan başqa, Ş. Mustafayev investisiya sahəsində, xüsusilə də kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm, əczaçılıq və s. sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, forumda Azərbaycanda biznes və investisiya mühiti mövzusunda fikir mübadiləsi aparılacaq. Forum çərçivəsində keçiriləcək panellərdə əsas diqqət kənd təsərrüfatı və qida sektoru, nəqliyyat və logistika, o cümlədən turizm sektorundakı imkanlar və Azərbaycanda biznes imkanlarına yönələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR