Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 26 aprel 2016 11:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana akademik səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, heyətin tərkibinə Milli Müdafiə Universitetinin "Milli Təhlükəsizlik və Müharibə kursu"nda təhsil alan Pakistan Silahlı Qüvvələrinin və dövlət qurumlarının, o cümlədən Oman, Bruney və Nigeriya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Səfərin əsas məqsədi ölkəmizin tarixi və mədəniyyəti ilə tanışlıqdan, Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik, iqtisadi, daxili və xarici siyasəti, müstəqillik illərində üzləşdiyi problemlər və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat əldə etməkdən ibarətdir.

Aprelin 25-də qonaq heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib. Onlar Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev tərəfindən qarşılanıb və rəhbərlər arasında ikitərəfli görüş keçirilib.

Səfər çərçivəsində nümayəndə heyətinin 25-28 aprel tarixlərində bir sıra nazirliklərdə, dövlət xidmətlərində, agentlik və universitetlərdə görüşləri planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR