Bakıda liftdə qalmış 5 nəfər xilas edilib

Bakıda liftdə qalmış 5 nəfər xilas edilib
# 16 may 2016 21:26 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar . Əməliyyat saat 22:21-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR