Brent markalı neftin qiyməti 30 dollara enib

Brent markalı neftin qiyməti 30 dollara enib
# 12 yanvar 2016 08:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya birjalarında neftin ucuzlaşması davam edir.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,01 dollar azalaraq 30,54 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,89 dollar azalaraq 30,52 dollar təşkil edib.

Hər iki sortdan olan neftin qiyməti 2003-cü ilin minimumunu yeniləməkdə davam edir.

Brent markalı neftin qiymətinin 30 dollarlıq "psixoloji hədd" səviyyəsinə düşməsinə səbəb Şin birjasının çökməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR