Səfir: “Fransa-Azərbaycan Universiteti layihəsi Azərbaycanın maraqlarına uyğundur”

Səfir: “Fransa-Azərbaycan Universiteti layihəsi Azərbaycanın maraqlarına uyğundur”
# 26 may 2016 13:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fransanın Strasburq və Renn universitetləri arasında əməkdaşlıq nəticəsində yaranan Fransa-Azərbaycan Universiteti ikili diplom verəcək və bu diplomlar həm Azərbaycanda, həm də Fransada tanınacaq”.

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib. O bildirib ki, layihə ilk növbədə tələbələrin maraqlarına cavab verir: “Azərbaycanlı tələbələr Azərbaycanda Fransa universitetinin diplomunu əldə edəcəklər. Bu təhsil Fransa standartlarına tam cavab verir. Düşünürəm ki, layihə Azərbaycanın maraqlarına uyğundur, çünki bu təhsil prioritet istiqamətlər, Azərbaycanın ehtiyac duyduğu sahələr üzrə olacaq və Azərbaycan iqtisadiyyatının diversifikasiyasına töhfə verəcək”.

Səfirin sözlərinə görə, tədris proqramı Strasburq Universiteti ilə eyni olacaq: “Strasburq Universiteti 3 ixtisas üzrə, Renn Univeristeti isə 1 ixtisas üzrə bura müəllim göndərəcək. Onlar burada yaşayıb, dərs deyəcəklər. Azərbaycanlı müəllimlər də fəaliyyət göstərəcək. Layihə iki universitet arasındakı əməkdaşlıq layihəsi olduğu üçün müəllim seçimi ikitərəfli məsləhətləşmələrlə aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR