Azərbaycan prezidenti təyyarə qəzası ilə əlaqədar fransalı və misirli həmkarına başsağlığı verib

Azərbaycan prezidenti təyyarə qəzası ilə əlaqədar fransalı və misirli həmkarına başsağlığı verib
# 19 may 2016 14:46 (UTC +04:00)

Bakı - APA. Azərbaycan dövlət başçısı İlham Əliyev Fransa prezidenti Fransua Ollanda başsağlığı verib.

APA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir: "Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Dövlət başçısı Misir Ərəb Respublikasının Əbdülfəttah əs-Sisiyə də başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “EgyptAir” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 66 nəfər olub. Onların hamısının həlak olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR