Ramiz Mehdiyev Venesiya Komissiyasının rəyinə münasibət bildirib

Ramiz Mehdiyev Venesiya Komissiyasının rəyinə münasibət bildirib
# 26 sentyabr 2016 16:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyinə münasibət bildirib.

APA-nın məlumatına görə, R. Mehdiyev VK-nın mövqeyinə münasibətinin mənfi olduğunu deyib: "Onların rəyinə münasibətim mənfidir, çünki reallığa uyğun deyil. Onlar bizimlə müzakirə aparmayıblar. Biz onlara sənəd göndərməmişik, bizimlə heç bir müzakirə aparmadan qərar verib, tapşırıq əsasında belə rəy yayıblar. Referendum Azərbaycana çox şey verəcək. Ölkədə inkişaf gedir, referendum da bu inkişafa uyğun olaraq keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR