Bu ilin 9 ayında xarici mənbələrdən Azərbaycanda əsas kapitala 5 mlrd. manata yaxın vəsait yönəldilib

Bu ilin 9 ayında xarici mənbələrdən Azərbaycanda əsas kapitala 5 mlrd. manata yaxın vəsait yönəldilib
# 19 oktyabr 2015 14:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 mlrd. 968,3 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 451,3 mln. manat və ya 41,27% çoxdur.

Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, yanvarda xaricə mənbələrdən 423,3 mln, fevralda 387,7 mln, martda 653,4 mln, apreldə 582,7 mln, mayda 578,2 mln, iyunda 592,5 mln, iyulda 656,7 mln. manat, avqustda 599,1 mln. manat, sentyabrda 494,7 mln. manat vəsait yönəldilib.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 mlrd. 450,6 mln. manatı (89,6%-i) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya və İsveç sərmayədarlarına məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR