Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir - FOTOSESSİYA

Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir - <span style="color: red;">FOTOSESSİYA
# 23 oktyabr 2015 12:56 (UTC +04:00)

Bakı - APA. Milli Məclisə keçirilən seçkilərdə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir. Namizəd bu dəfə Zərdab rayonunun Qorubağı və Pərvanlı kənd sakinləri ilə görüşüb.

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, J. Əliyeva çıxış edərək bildirib ki, Azərbaycan hər ötən gün sürətlə inkişaf edir, özünün siyasi və iqtisadi qüdrətini artırır.

Namizəd deyib ki, prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və qətiyyətli siyasət sayəsində Azərbaycanın bölgədə və dünyadakı nüfuzu sürətlə yüksəlir.

Sonra seçiciləri maraqlandıran sualları cavablandıran J. Əliyeva qeyd edib ki, o, deputatlıq fəaliyyəti boyunca daima öz seçicilərinin maraqlarını, problemlərini diqqət mərkəzində saxlayıb: "Həmişə çalışmışam ki, mənə göstərdiyiniz etimadı doğruldum. Həmişə özümü ailənizin bir üzvü kimi hiss etmişəm, sevincinizə sevinib, kədərinizi paylaşmağa, qaldırdığınız problemlərin həlli üçün mümkün olan bütün addımları atmağa çalışmışam".

Görüşdə çıxış edən seçicilər millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, səs verəcəklərini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR