Bakıda NATO-nun əməliyyat planlaşdırma kursu keçirilir

Bakıda NATO-nun əməliyyat planlaşdırma kursu keçirilir
# 02 noyabr 2015 11:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “NATO-nun əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən keçirilən təlimə Azərbaycan Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və digər qoşun növlərindən olan zabitlər cəlb olunub.

Kurs müddətində iştirakçılara alyansın hərbi strukturu və tərəfdaşlıq, əməliyyat-planlaşdırma prosesi, onun fazaları, strateji mühitin əməliyyat qiymətləndirilməsi, fəaliyyət tərzlərinin hazırlanması və müqayisə edilməsi, NATO-nun çevik qüvvələri və s. mövzular barədə məlumatlar veriləcək.

Təlim kursu noyabrın 6-da başa çatacaq.

Qeyd edək ki, təlim kursu Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR