Rusiya telekanalı Azərbaycana qarşı təxribata yol verib

Rusiya telekanalı Azərbaycana qarşı təxribata yol verib
# 07 dekabr 2015 10:52 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın "Lifenews" kanalı Azərbaycana qarşı təxribata yol verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dekabrın 5-də efirə gedən süjetdə nümayiş olunan Azərbaycan xəritəsi təhrif olunub. Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar xəritədə Azərbaycanın ərazisindən çıxarılıb.

Süjetdə Türkiyənin Rusiyadan başqa digər ölkələrdən qaz almaq imkanları haqqında danışılıb.

Qeyd edək ki, "Lifenews" kanalının baş direktoru Aşot Qabrielyanovdur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR