Rusiya və Qazaxıstan Xəzərlə bağlı yeni sənəd imzalayıb

Rusiya və Qazaxıstan Xəzərlə bağlı yeni sənəd imzalayıb
# 15 oktyabr 2015 09:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi barədə yeni sənəd imzalayıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sənəd Rusiya prezidentinin Astanaya səfəri çərçivəsində iki ölkə prezidenti arasında bu gün keçirilən görüşün yekununda imzalanıb.

Yeni imzalanmış sənəd 6 iyul 1998-ci ildə yeraltı sərvətlərin istifadəsi üzrə suveren hüquqların həyata keçirilməsi üçün Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında Rusiya və Qazaxıstan arasında razılaşma protokoluna əlavələrin edilməsi haqqında protokoldur.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuriş Uşakov jurnalistlərə açıqlamasında sənədin “Mərkəz” neftçıxarma strukturunun birgə işlənməsi məsələlərini tənzimlədiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR