AMEA-nın 70 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib
# 06 noyabr 2015 09:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın 70 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, AMEA prezidenti, akademik Akif Əlizadə media nümayəndələrinə 70 illik yubileyə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər haqda məlumat verib.

O bildirib ki, AMEA-nın 70 illik yubileyi təxminən 4 gündən sonra qeyd olunacaq.

Akademikin sözlərinə görə, AMEA-nın bütün təşkilatlarında 70 illik yubileyə hazırlıqla məşğul olan təşkilat komitələri yaradılıb: “Ayrılıqda AMEA-nın hər biri institutu ilə bağlı video-çarxlar hazırlanıb. 70 illiyə hədiyyə olaraq yeni nəşrlər, yeni sənədli film hazırlanıb. AMEA-nın 15 təsisçi haqqında xüsusi kitab çap olunub. “Akademiya simalarda” kitabında ilk dəfə olaraq AMEA-nın üzvü seçilmiş 450-dən çox alim haqda məlumat tapa bilərsiniz”.

A.Əlizadə qeyd edib ki, 70 illik yubileylə əlaqədar olaraq çəkilən sənədli film üçün bir ildən artıq Azərbaycan, Rusiya arxivlərində gərgin iş aparılıb: “Nəticədə unikal sənədlər, unikal kadrlar aşkar edilib. Həmin sənədlər və kadrların hamısı həm kitaba, həm də filmə daxil edilib. Qeyd edim ki, bizim yeni açılmış kitabxanamızda Azərbaycanın səfirləri ilə görüş keçirilib. Kütləvi İnformasiya Vasitələrində bizim alimlərimiz çıxış ediblər. AMEA-nın keçdiyi inkişaf yolu haqda geniş informasiya Azərbaycan ictimaiyyətinə çatdırılıb”.

Mətbuat konfransının sonunda A. Əlizadə jurnalistlərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR