KTMT 2016-cı il üçün prioritet vəzifələrini müəyyən edib

KTMT 2016-cı il üçün prioritet vəzifələrini müəyyən edib
# 30 dekabr 2015 01:58 (UTC +04:00)

Bakı-APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin 2025-ci ilədək Kollektiv Təhlükəsizlik Strategiyasının razılaşdırılması və KTMT-nin Böhran Mərkəzinin yaradılması təşkilatın 2016-cı il üçün prioritet vəzifələri olacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc olunmuş məlumatda bildirilir.

“Təşkilatın 2016-cı il üçün prioritet vəzifələri sırasına KTMT-ə üzv olan dövlətlərin 2025-ci ilədək Kollektiv Təhlükəsizlik Strategiyasının razılaşdırılması, KTMT-nin Böhran Mərkəzinin yaradılması, hərbi əməkdaşlığın genişləndirilməsi və terrorçuluqla və üzv dövlətlərin kollektiv təhlükəsizliyinin digər çağırışları ilə mübarizə üzrə fəaliyyətin əlaqələndirilməsi kimi məsələlər daxildir. Həmçinin, regional təşkilat olan KTMT-nin rolunu daha da möhkəmləndirmək və KTMT-nin BMT, ATƏT, MDB, ŞƏT və digər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini genişləndirmək niyyətindəyik”, deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR