Xoşbəxt Yusifzadə: “Təxribat görmürəm”

Xoşbəxt Yusifzadə: “Təxribat görmürəm”
# 06 dekabr 2015 10:41 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. “SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğında təxribat görmürəm”.

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

“Kəmər güclü küləyin təzyiqi altında partlayıb. Təxribatın olmasına şəxsən mən inanmıram”, - deyə o bildirib.

X. Yusifzadə bildirib ki, ölkə başçısının tapşırığına əsasən yaradılan müvafiq komissiyaya Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri də daxildir və bu versiya araşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR