Bakıda İxracatçılar Klubunun ikinci iclası keçirilir

Bakıda İxracatçılar Klubunun ikinci iclası keçirilir
# 10 dekabr 2015 13:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda İxracatçılar Klubunun ikinci iclası keçirilir.

APA-Economics”in məlumatına görə, iclasda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib ki, ixracatçılar klubu ötən ilin sonunda yaradılıb və klubun məqsədi Azərbaycanda qeyri-neft sektorunu əhatə edən məhsul istehsalçıları və ixracatçılarına dövlət dəstəyinin verilməsidir.

O bildirib ki, bu il maliyyə böhranın olmasına baxmayaraq Azərbaycan iqtisadiyyatı stabil qalıb: "Bu ilin 9 ayında ölkədə ümumi daxili məhsul istehsalı 2,7%, qeyri-neft sektoru 6,4%, qeyri-sənaye sektoru 10%, kənd təsərrüfatı sektoru 7% artıb. Bu günə qədər Azərbaycana 200 milyard dollar investisiya qoyulub ki, bu məbləğin də 52%-i yerli, 48%-i isə xarici investisiyaya aiddir".

Nazir müavini Cənubi Qafqaz iqtisadiyyatının 70%-inin Azərbaycanın payına düşdüyünü qeyd edib.

"Azərbaycanın ixrac etdiyi məhsulların 48%-i kənd təsərrüfatı, 52%-i isə sənaye məhsullarının payına düşür. Qeyri-neft sektorunda əsas tərəfdaşlarımız MDB ölkələridir. Bizim qeyri-neft sektoru üzrə ixracımızın 22%-i Rusiyanın payına düşür", - deyə S. Babayev bildirib.

S. Babayev əlavə edib ki, bu ilin 10 ayı ərzində Azərbaycanın ticarət dövriyyəsi 17,2 mlrd. dollar təşkil edib: "Bunun 7,4 milyard dolları idxalın, 9,8 milyard dolları isə ixracın payına düşür. Düşünürəm ki, bu yaxşı göstəricidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR