Füzuli rayon İH başçısı Böyük Bəhmənli sakinləri ilə görüş keçirib

Füzuli rayon İH başçısı Böyük Bəhmənli sakinləri ilə görüş keçirib
# 15 yanvar 2016 09:33 (UTC +04:00)

Füzuli. Ziya Əmirxanlı - APA. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qiymət artımına etiraz edən Böyük Bəhmənli kəndinin sakinləri ilə görüş keçirib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, A. Alıyev etirazçılarla söhbət zamanı qiymət artımının qarşısının alındığını və prezidentin bu məqsədlə sərəncam imzaladığını bildirib. O deyib ki, hazırda un və un məhsullarının, ət və ət məhsullarının qiymətində azalma var. A. Alıyev məsələ ilə bağlı sahibkarlarla da görüşlər keçirildiyini və süni qiymət artımına yol verənlər haqqında cinayət işi açılacağını söyləyib.


Qeyd edək ki, yanvarın 11-12-də Böyük Bəhmənli kəndində qiymət artımına etiraz olaraq kütləvi aksiyalar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR