Bakıda yanacaq yüklənmiş qayıqda yanğın baş verib

Bakıda yanacaq yüklənmiş qayıqda yanğın baş verib
# 17 fevral 2016 06:13 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Səbail rayonunda dənizin sahilində dayanmış ümumi sahəsi 15 kv.m olan qayığın içərisinə yığılmış, hər biri 200 litr olan 9 ədəd yanacaqla dolu çəlləklərdən 2 kv.m sahəyə dağılmış yanacaq yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, qayıq və yanacaq çəlləkləri yanğından mühafizə olunub. Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR