Avstraliya Ukraynaya uran tədarük edəcək

Avstraliya Ukraynaya uran tədarük edəcək
# 30 mart 2016 05:30 (UTC +04:00)

Bakı-APA. Avstraliya Ukraynaya atom elektrik stansiyasının tələbatları üçün uran tədarük edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq sazişin yaxın günlərdə Vaşinqtonda Avstraliya XİN rəhbəri Culi Bişop və Ukrayna prezidenti Pyotr Poroşenko arasında imzalanması gözlənilir. Sazişin martın 31-dən aprelin 1-dək keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində imzalanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR