XİN: “LifeNews”un jurnalistləri cəbhədə baş verənləri təhrif edib, qeyri-obyektiv informasiya veriblər

XİN: “LifeNews”un jurnalistləri cəbhədə baş verənləri təhrif edib, qeyri-obyektiv informasiya veriblər
# 05 aprel 2016 11:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın “LifeNews” kanalının jurnalistlərinin ölkədən çıxarılması məsələsinə münasibət bildirib.

Nazirliyin mətbuat katibi Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, onlar həqiqətən Azərbaycandan çıxarılırlar.

O qeyd edib ki, “LifeNews” Azərbaycan ərazisində akkreditasiya olunmadan işləyib: “Onlar cəbhə xəttində baş verən hadisələrlə bağlı verdikləri materiallarda hadisələri təhrif edib, qeyri-obyektiv informasiya təqdim ediblər. Azərbaycan tərəfi onlara xoş niyyətlərini ifadə etsə də, jurnalsitlər öz təxribatçı fəaliyyətlərini davam etdiriblər”.

Hikmət Hacıyevin sözlərinə görə, bunar nəzərə alınaraq, onların ölkədə olması məqsədəuyğun sayılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR