Dohada neft hasilatının oktyabrın 1-ə qədər dondurulması barədə layihə müzakirəyə çıxarılacaq

Dohada neft hasilatının oktyabrın 1-ə qədər dondurulması barədə layihə müzakirəyə çıxarılacaq
# 17 aprel 2016 07:11 (UTC +04:00)

Bakı-APA. Bu gün Dohada OPEK üzvləri və təşkilata daxil olmayan neft hasil edən ölkələrin görüşündə müzakirəyə çıxarılacaq layihənin detalları məlum olub.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, layihədə neft hasilatının 1 oktyabr 2016-cı ilə qədər bu ilin yanvar ayındakı səviyyədə saxlanılması barədə razılaşmanın qüvvədə qalması təklif edilir.

Bununla bağlı növbəti görüşün də həmin ay Rusiyada keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 16-da Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela digər neft hasilatçıları da razılaşacağı təqdirdə, 2016-cı ilin yanvarındakı səviyyədə saxlamaq barədə razılaşma əldə edib. Bu gün Dohada bununla bağlı görüş keçiriləcək. Görüşdə Azərbaycan da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR