“Aztelekom”a məxsus kabelləri oğurlayan şəxs tutulub

“Aztelekom”a məxsus kabelləri oğurlayan şəxs tutulub
# 16 mart 2016 09:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Aztelekom”a məxsus kabelləri oğurlayan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-dan 26-dək olan müddətdə Novxanı qəsəbəsində “Aztelekom” MMC-yə məxsus işlək vəziyyətdə olan rabitə kabelinin 126 metrlik hissəsini, paylayıcı kabelin 90 metrlik hissəsini və Corat qəsəbəsində paylayıcı kabelin 50 metrlik hissəsini kəsərək oğurlayan Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlham Atayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR