Azərbaycanda zərərli dini təriqətlərin təbliğatı ilə məşğul olan 847 nəfər barəsində tədbir görülüb

Azərbaycanda zərərli dini təriqətlərin təbliğatı ilə məşğul olan 847 nəfər barəsində tədbir görülüb
# 03 mart 2016 14:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ötən il Azərbaycanda zərərli dini təriqətlərin təbliğatı və yayılması ilə məşğul olan 847 nəfər barəsində hüquqi məsuliyyət tədbiri görülüb. APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, bununla yanaşı, istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmamış 5 457 dini ədəbiyyat, 623 kompakt disk, 31 odlu silah, 68 əl qumbarası, 63,3 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Hesabatda həmçinin o da bildirilib ki, ötən il respublika üzrə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 482 fakt müəyyən edilib. Həmin cinayətlərə görə 155 nəfər məsuliyyətə cəlb edilib: “Əllərdə qanunsuz saxlanılan 656 odlu silah, 44 mindən çox patron götürülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR