Rusiyada 59 yaşlı Azərbaycan vətəndaşı ermənilər tərəfindən döyülüb

Rusiyada 59 yaşlı Azərbaycan vətəndaşı ermənilər tərəfindən döyülüb
# 15 aprel 2016 12:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Saratov şəhərində 59 yaşlı Azərbaycan vətəndaşı iki erməni tərəfindən vəhşicəsinə döyülüb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə “sarbc.ru” saytı məlumat yayıb.

Hadisə aprelin 14-də baş verib. 1 saylı Şəhər Xəstəxanasına kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə 59 yaşlı Azərbaycan vətəndaşı gətirilib. O, şəhərdəki keçiddə naməlum şəxslər tərəfindən döyüldüyünü söyləyib.

Aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxslər tutulub. Onların 23 və 25 yaşlarında Rusiya vətəndaşlığı olan iki erməni olduğu məlum olub. Ermənilər törətdiyi cinayəti etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR