Cəlilabadda yaşayış evinə basqın olub

Cəlilabadda yaşayış evinə basqın olub
# 20 aprel 2016 10:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Cəlilabad rayonunda yaşayış evinə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə aprelin 18-də Cəlilabad rayonunun Ağdaş kəndində qeydə alınıb. Kənd sakini Xanımbacı Məmmədovanın evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu döyərək pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyib və hadisə yerini tərk edib.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Zülfüqar Salayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR