“Bank Standard”ın vəziyyətinin tam sabitləşdirilməsi üzərində iş gedir

“Bank Standard”ın vəziyyətinin tam sabitləşdirilməsi üzərində iş gedir
# 26 sentyabr 2016 15:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank Standard” QSC-nin sağlamlaşdırılmasına başlanılıb və bütövlükdə digər bir dövlət bankı vasitəsilə Mərkəzi Bank əhəmiyyətli likvidlik verib.

APA-Economics” bunu xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, hazırda bu proses davam etdirilir.

“Təbii ki, əgər bu prosesə başlanılıbsa, bu o deməkdir ki, həmin proseslər gedir. Dövlət tərəfindən müəyyən addımlar atılıb. Bankda kəskin vəziyyət aradan qaldırılıb. Amma bütövlükdə Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankın sağlamlaşdırılması planı axtarılır. Bütövlükdə indi bankın vəziyyətinin tam strateji sabitləşdirilməsinin planı işlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR