41 həkim sertifikasiya imtahanından keçə bilməyib

41 həkim sertifikasiya imtahanından keçə bilməyib
# 05 oktyabr 2016 11:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin 29-30 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

APA-nın məlumatına görə, imtahanlarda ümumilikdə 214 həkim iştirak edib, onlardan 41-i imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR