Palata: "İpoteka Fondu" ASC-nin formalaşması başa çatdıqdan sonra kreditləşmə davam etdiriləcək

Palata: "İpoteka Fondu" ASC-nin formalaşması başa çatdıqdan sonra kreditləşmə davam etdiriləcək
# 26 may 2016 12:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan İpoteka Fondu (Fond) ASC-nin yaradılması haqqında fərmanından irəli gələn tədbirlər hal-hazırda davam etdirilir. Bu tədbirlər başa çatdıqdan sonra ipoteka kreditlərinin verilməsinin davam etdirilməsi nəzərdə tutulur.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.



Məlumata əsasən, “Azərbaycan İpoteka Fondu”nun vəsaiti hesabına verilən ipoteka kreditlərinin verilməsi qaydalarında hazırda dəyişiklik yoxdur.

“İpoteka kreditləri ilə bağlı “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma Prinsipləri”ndə müəyyən olunmuş meyarlar yalnız bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditlərinə şamil olunur. Bu prinsiplərə əsasən xarici valyutada ipoteka kreditləri verilməməlidir. Milli valyutada verilən ipoteka kreditləri üzrə isə kreditin təminata olan nisbəti 70%-dən artıq olmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR