Çempionlar Liqasında püşkatma mərasiminin vaxtı müəyyənləşib

Çempionlar Liqasında püşkatma mərasiminin vaxtı müəyyənləşib
# 25 aprel 2016 15:40 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Çempionlar Liqasında komandaların sifariş verə biləcəyi son tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 2016/2017 mövsümü üçün yarışda iştirak edəcək bütün klublar mayın 16-dək Avropa Voleybol Konfederasiyasında rəsmi qeydiyyatdan keçməlidi.

Əks halda, ölkə çempionu olsa belə, Çempionlar Liqasına buraxılmayacaq.

Yarışın püşkatması iyunun 9-na təyin edilib. Mərasim İtaliyanın paytaxtı Romada olacaq.

Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasına 3 klubla qatılmaq hüququna malikdi. Çempion “Azərreyl” və gümüş medalçı “Telekom” birbaşa qrup mərhələsindən, “Lokomotiv” isə təsnifat mərhələsindən yarışa qoşulmalıdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR