Federika Mogerini Ermənistana səfər edəcək

Federika Mogerini Ermənistana səfər edəcək
# 26 fevral 2016 09:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini martın 1-də Ermənistana səfər edəcək.

APA-nın “armenpress.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında baş tutacaq səfər çərçivəsində F. Moqerini Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. E. Nalbandyanla F. Moqerininin birgə mətbuat konfransı da keçiriləcək.

Qeyd edək ki, Ermənistandan öncə F. Mogerini Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində F. Mogerininin Azərbaycan rəsmiləri, o cümlədən, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR