İsmayıl Alper Coşqun: “Azərbaycanın istəyinə əsasən, Türkiyə üzərinə düşən hər şeyi etməyə hazırdır"

İsmayıl Alper Coşqun: “Azərbaycanın istəyinə əsasən, Türkiyə üzərinə düşən hər şeyi etməyə hazırdır"
# 05 iyul 2016 18:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bizim tək gözləntimiz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə sülh yolu ilə həllidir.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

“Münaqişənin həlli ilə bağlı keçirilən görüşlər buna xidmət edəcəksə, bunu alqışlayırıq. Azərbaycanın ürəyincə olan, düzgün bildiyi istənilən həllin arxasında, Türkiyə olaraq, sonuna qədər dururuq. Azərbaycanın istəyinə əsasən, Türkiyə üzərinə düşən hər şeyi etməyə hazırdır".

Səfir bu gün təmas xəttində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində Azərbaycan əsgərinin ölümü ilə bağlı Azərbaycan xalqına və ailəsinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR